“Lənkəran”nın baş məşqçisi: “Bu cür məğlubiyyəti gözləmirdik”

Xəbərlər
19 Oktyabr 2024 17:08
50
“Lənkəran”nın baş məşqçisi: “Bu cür məğlubiyyəti gözləmirdik”

“Rəqib bizdən daha yaxşı görünürdü”.

Bunu “Lənkəra”nın baş məşqçisi Georgi Kondruseviç “Gəncə”yə qarşı oyundan sonra deyib.

Belaruslu mütəxəssis 75:90 hesablı məğlubiyyətin səbəblərindən danışıb: “Əsas problem müdafiədə idi. Biz səbətin altında topu çox itirdik. Uzaq məsafəli atışlarda isə uğursuz olduq. Bu cür məğlubiyyəti gözləmirdik. Düşünürəm ki, oyunçularım və mən oyunumuzu yaxşılaşdırmaq üçün çalışacağıq. Üzərində işləyəcəyimiz çox tərəflər var”.

Kondruseviç ilk dəfə Lənkəranda keçirilən böyük basketbol oyununda azarkeşlərin dəstəyindən də söz edib: “Bu gün arenada olub, bizə dəstək olmağa çalışan azarkeşlərimizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələn oyunda daha inamlı olacağıq və bugünkü səhvləri buraxmayacağıq”.

Qeyd edək ki, “Lənkəran” II turda “Sumqayıt”ın qonağı olacaq.

İdman.biz

Məqalədə: