Rimas Kurtinaytis: "Nəticədən və sərgilədiyimiz oyundan razı qaldım"

Xəbərlər
20 Oktyabr 2024 15:41
476
Rimas Kurtinaytis: "Nəticədən və sərgilədiyimiz oyundan razı qaldım"

"Liqanın başlaması oyun ritmi baxımından avrokubok qarşılaşmalarına daha yaxşı hazırlaşmağımıza kömək edəcək"

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mürtəxəssis mövsümün ilk turunda “Sərhədçi”üzərində qazanılan inamlı qələbəni şərh edib: “Bu gün heyətdə çoxlu rotasiyalar etdim. Yerli basketbolçulara daha çox şans verdim. Müsbət oyun elementləri ilə yanaşı səhvlərimiz də oldu. Lakin istədim bu gün oyunçulara avrokubok oyunu öncəsi bir qədər sərbəstlik verim. Ümumilikdə nəticədən və sərgilədiyimiz oyundan razı qaldım. DeAndreyə gəlincə özünü yaxşı hiss edir. Ümid edirəm “Norrköping Dolphins” ilə oyunda bizə kömək edə biləcək”.

Qeyd edək ki, "Sabah" Azərbaycan Basketbol Liqasının ilk turunda 80:53 hesabı ilə qalib gəlib.

İdman.biz