“Naxçıvan”ın basketbolçusunun NARAHATLIĞI

Xəbərlər
21 Oktyabr 2024 17:20
258
“Naxçıvan”ın basketbolçusunun NARAHATLIĞI

“Neftçi” ilə matçda olduğu kimi, azarkeşlərimizin dəstəyini səbrsizliklə gözləyirik. Onların tribunada olması həqiqətən də bizə güc verir”.

İdman.biz xəbər verir ki, bunu “Naxçıvan”ın basketbolçusu Nəzər Quliyev deyib.

O, NTD ilə matçdan öncə fikirlərini bölüşüb. Quliyev bildirib ki, bu oyuna hazırdırlar: “İlk matçdan sonra bu qarşılaşmaya hazırlaşmaq üçün çox da vaxtımız yox idi. Eyni hal rəqibimiz NTD üçün də keçərlidir. Amma bu görüşdə əlimizdən gələnin artığını edəcəyik. Ümumilikdə rəqibimiz yaxşı basketbolçulardan təşkil olunmuş komandadır. Kollektivdə yeni olsam da, adaptasiya problemi yaşamadığımı düşünürəm. Komandada həqiqətən çox yaxşı atmosfer var və bu da mənə çox yaxşı təsir bağışlayır”.

Qeyd edək ki, “Naxçıvan” – NTD görüşü sabah Sərhədçi İdman Mərkəzində keçiriləcək. Matç saat 17:00-da start götürəcək.

İdman.biz