“Naxçıvan”ın NTD sınağı

Xəbərlər
22 Oktyabr 2024 10:02
138
“Naxçıvan”ın NTD sınağı

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

Açılış matçında “Neftçi”dən üstün olan “Naxçıvan” Bakıda NTD-ni sınağa çəkəcək.

Qeyd edək ki, II turun digər görüşlərində oktyabrın 25-də “Sumqayıt” “Lənkəran”ı qəbul edəcək. 1 gün sonra “Ordu” – “Şəki”, “Sərhədçi” – “Abşeron” görüşləri keçiriləcək. Tura oktyabrın 27-də “Neftçi” - “Sabah”, “Gəncə” – “Quba” matçları ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
II tur
22 oktyabr
A qrupu
17:00. "Naxçıvan" - NTD

"Sərhədçi" İdman Kompleksi

İdman.biz

Məqalədə: