“Sabah”dan milliyə dəvət

Xəbərlər
22 Oktyabr 2024 17:36
72
“Sabah”dan milliyə dəvət

“Sabah”ın 3 basketbolçusu milli komandaya dəvət alıb.

İdman.biz xəbər verir ki, Artyoms Butyankovs və Klavs Cavars Latviya, Andrey Voynaloviç isə Ukrayna millisinin düşərgəsinə çağırılıb.

Onlar Avropa çempionatının təsnifat oyunlarında millilərinə kömək etməyə çalışacaqlar. Mərhələnin matçları noyabrın 22-25-də keçiriləcək.

Qeyd edək ki, seçmə oyunlarda Latviya millisi Belçika, Ukrayna isə İsraillə qarşılaşacaq.

İdman.biz

Məqalədə: