Tahir Baxşıyev: "Oyundan razıyam, hesabdan yox"

Xəbərlər
22 Oktyabr 2024 21:17
53
Tahir Baxşıyev: "Oyundan razıyam, hesabdan yox"

"Oyuna böyük istəklə çıxmışdıq. Əslində çox şeydən razı qaldım".

İdman.biz xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.

O, Azərbaycan Basketbol Liqasının 2-ci turunda "Naxçıvan"a 71:72 hesablı məğlubiyyəti şərh edib: "Oyunda sürət var idi, müdafiədə də yaxşı oynadıq. 45 dəqiqə ərzində rəqibə cəmi 72 xal verdik. Ən böyük problem sərbəst atışlar idi. Bu zaman 9 səhvə yol verdik. Çox böyük göstəricidir. Rəqibin yalnız iki səhvi oldu. Nəticədə isə bir xal fərqi ilə uduzduq. Belə oyunda bu qədər səhv etmək olmaz. Oyundan razıyam, hesabdan yox. Qalib gəlsəydik, hər şeydən məmnun olardım".

Qeyd edək ki, hər iki oyunda uduzan NTD mövsümə uğursuz start verib.

İdman.biz