“Lənkəran”ın basketbolçusu həyəcanlıdır - SƏBƏB

Xəbərlər
24 Oktyabr 2024 17:46
88
“Lənkəran”ın basketbolçusu həyəcanlıdır - SƏBƏB

“Məğlubiyyətin səbəbi oyuna lazımınca fokuslana bilməməyimizdir”.

Bunu “Lənkəran”ın amerikalı basketbolçusu Maykl Rocers klubun mətbuat xidmətinə deyib.

O, ABL-in I turunda “Gəncə”yə məğlubiyyətin səbəblərini açıqlayıb. Rocersin sözlərinə görə, məşqlərdə müzakirə etdiklərini icra etməkdə çətinlik çəkdiklərindən səhvləri bağışlanmayıb: “Tam potensialımızı ortaya qoymaq üçün bir çox fürsəti qaçırdıq. İlk matçımız olduğu üçün bu anlaşılandır. Qarşıdakı oyundalarda intizam və konsentrasiya səviyyəmiz artacaq”.

“Gəncə”yə qarşı matçda 15 xal 4 ribaund, 4 asisstlə komandasının ən məhsuldar ikinci basketbolçusu olun legioner bildirib ki, ilk turdakı matçda çıxışından tam razı qalmayıb: “Gəncə”yə qarşı görüşdə pis oynamadım. Amma daha çox kömək edə biləcəyim bir çox şey var idi. Məşqçimlə oyunun videosuna baxdıqdan sonra etdiyim səhvləri gördüm və növbəti oyunda bunları düzəltmək üçün daha çox çalışacağam. “Sumqayıt”a qarşı daha yaxşı oynayacağıma inanıram”.

Maykl sabah “Sumqayıt”a qarşı keçirəcəkləri görüş haqqında da fikirlərini açıqlayıb: “Hər oyun böyümək və inkişaf etmək üçün bir şansdır. Məğlubiyyət səhvlərimizi anlamaq və bunları məşqlərdə düzəltmək imkanı verdi. “Sumqayıt”a qarşı matç tapşırıqları düzgün icra edərək mütləq qazanıla biləcək bir görüşdür. Bütün komanda yoldaşlarıma və məşqçilərimə inanıram. Əminəm ki, düzgün fokus və konsentrasiya ilə hər bir kluba qalib gələ bilərik. Bu matçda da bunu etməyə çalışacağıq. Həqiqətən həyəcanlıyam. Onlar da ilk oyunda məğlub olublar. Bu səbəbdən bizim kimi özlərini sübut etmək istəyəcəklər. Bu da gərginliyi artıracaq”.

Qeyd edək ki, “Sumqayıt” – “Lənkəran” matçı oktyabrın 25-də saat 20:00-da start götürəcək.

İdman.biz