"Sumqayıt"ın baş məşqçisi: "10 xaldan artıq üstünlüyü əldən verdik"

Xəbərlər
25 Oktyabr 2024 23:09
30
"Sumqayıt"ın baş məşqçisi: "10 xaldan artıq üstünlüyü əldən verdik"

"İkinci hissədə sərgilədiyimiz oyuna görə təəssüf hissi keçirirəm. Halbuki ilk periodda əla oynamışdıq".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksandr Mixaylov deyib.

O, Azərbaycan Basketbol Liqasının 2-ci turunda "Lənkəran"a 71:93 hesablı məğlubiyyəti şərh edib: "Rotasiya ilə bağlı problemlər yaşadıq. Komandada təravət çatışmadı. Aqressiv oynaya bilmədik. 10 xaldan artıq üstünlüyü əldən verdik. Nə hücum yaxşı idi, nə də müdafiə. Donatın zədələnib çıxması da oyunumuz mənfi təsir göstərdi. Saadettin komandamızın aparıcı yerli oyunçusudur. Əvəzetmələrin olmaması öz sözünü dedi. Onun yoxluğu bizim üçün itkidir. "Ordu" ilə matçda özünü yaxşı tərəfdən göstərən Kaelen Melounun da oyunu getmədi. Hər nə isə, bizi bu gün dəstəkləməyə gələn azarkeşlərimizə təşəkkür edirəm".

Qeyd edək ki, "Sumqayıt" keçirdiyi hər iki oyunda uduzub.

İdman.biz