İspaniyalı baş məşqçinin Azərbaycan klubundan İSTƏYİ

Xəbərlər
26 Oktyabr 2024 15:52
57
İspaniyalı baş məşqçinin Azərbaycan klubundan İSTƏYİ

“Birinci periodu çox yaxşı oynadıq. İkinci 10 dəqiqədə də işlər pis getmirdi. Yalnız üçüncü period xoşuma gəlmədi”.

İdman.biz xəbər verir ki, bunu “Ordu” basketbol klubunun baş məşqçisi Alberto Blanko deyib.

İspaniyalı mütəxəssis ABL-in ikinci turunda “Şəki”yə 104:84 hesabı ilə qalib gəldikləri matçı şərh edib: “3-cü periodda ilk 2 hissədəki kimi oynaya bilmədik. Hesabda rəqibdən geri qalırdıq. İstəyirəm ki, hər zaman bu günkü oyunun ilk periodlarındakı kimi oynayaq. Ötən oyunumuz ilə budəfəki arasında ciddi fərq görmürəm. Amma hər bir məqamın üstündə işləyəcəyəik ki, lazımı formaya düşək. Elə bir məşqçiyəm ki, səhvlərin üzərində çox dayanıram və onların tez bir zamanda aradan qaldırılmasını istəyirəm. Bütün diqqətimizi öz inkişafımıza yönəltməliyik”.

Qeyd edək ki, 2 turda qələbə qazanan “Ordu” B qrupuna liderlik edir.

İdman.biz