"Sumqayıt"da erkən vidanın SƏBƏBİ

Xəbərlər
26 Oktyabr 2024 16:38
59
"Sumqayıt"da erkən vidanın SƏBƏBİ

“Sumqayıt”ın basketbolçusu Calen Houkinsin komandadan erkən ayrılmasının səbəbi bəlli olub.

İdman.bizin əldə etdiyi məlumata görə, bu qərar baş məşqçinin istəyi ilə reallaşıb.

Houkins “Sumqayıt”ın baş məşqçisi Aleksandr Mixaylovun ümidlərini doğrultmayıb. O, amerikalıya Liqa oyunlarında şans verməyib. Komanda artıq bu basketbolçunun yerini doldurmaq üçün işə başlayıb.

Qeyd edək ki, “Sumqayıt” mövsümə uğursuz start verib. Onlar I turda səfərdə “Ordu”ya, II turda isə evdə “Lənkəran”a uduzublar.

İdman.biz

Məqalədə: