“Şəki”nin baş məşqçisinin təəccübü: “Həyatımda...”

Xəbərlər
26 Oktyabr 2024 18:13
188
“Şəki”nin baş məşqçisinin təəccübü: “Həyatımda...”

"Məğlub olduğumuz üçün məyusuq”.

İdman.biz xəbər verir ki, bunu “Şəki” basketbol klubunun baş məşqçisi Bedri Meriç deyib.

Türkiyəli mütəxəssis ABL-in II turunda “Ordu”ya 84:104 hesabı ilə uduzduqları matçı şərh edib. O bildirib ki, rəqib onu təəccübləndirib: “Ordu” basketbol həyatımda görmədiyim 3 xallıq atış faizi ilə oynadı. 75 faiz atışlar dəqiq oldu. Onlarda Rüstəm Əliyev yerli oyunçu kimi dəqiq 3 xallıq atışlar etdi. Brendon Taker də matçın qırılma nöqtəsində əsas söz sahibi oldu. Amma biz də müdafiədə çoxlu səhvlərə yol verdik. Komandamız yeni olduğu üçün bunu məşqlərlə düzəltməyə ehtiyacımız var. Məşqləri müdafiə üzərindən quracağıq. "Sumqayıt"la ev oyunumuzda daha yaxşı "Şəki" görəcəyik".

Qeyd edək ki, “Şəki” ilk turda “Quba”ya qalib gəlib.

İdman.biz