Rimas Kurtinaytis: "Oyun keyfiyyətini artırmalıyıq"

Xəbərlər
27 Oktyabr 2024 15:43
57
Rimas Kurtinaytis: "Oyun keyfiyyətini artırmalıyıq"

"Hər oyundan nəticə çıxarmaq lazımdır. Qələbə qazansaq da, son 5 dəqiqədə sərgilədiyimiz oyundan razı qalmadım".

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının 2-ci turunda “Neftçi” üzərində qazanılan qələbəni şərh edib: “Oyun keyfiyyətini artırmalıyıq. Ehtiyatda olan oyunçularımız daxili çempionatda daha yaxşı çıxış etməlidir. Bunun üzərində işləməyə davam edəcəyik.
“Spirou” ilə qarşıdakı avrokubok oyununa gəlincə, Belçika klubu yaxşı mübariz əzmi olan komandadır. Bacarıqlı gənc oyunçuları var. Daxili çempionatlarında da işləri yaxşı gedir. Yerli oyunçularının səviyyəsi yaxşıdır. “Maroussi”dən ustalıq səviyyəsində geri qalsalar da, xarakter nümayiş etdirib qələbə qazandılar. Lakin biz də azarkeşlərimiz önündə əlimizdən gələni edəcəyik ki, qalib gələk”.

Qeyd edək ki, Azərbaycan çempionu 93:75 hesabı ilə qələbə qazanıb.

İdman.biz