Anar Sarıyev: "Səhvlərimizin üzərində daha çox işləməliyik"

Xəbərlər
27 Oktyabr 2024 17:48
214
Anar Sarıyev: "Səhvlərimizin üzərində daha çox işləməliyik"

"Çox güclü, avrokuboklarda mübarizə aparan bir rəqibə qarşı oynadıq”.

İdman.biz xəbər verir ki, bunu "Neftçi" komandasının baş məşqçisi Anar Sarıyev "Sabah"la keçirilən oyundan sonra deyib.

Sarıyev bildirib ki, komanda olaraq tam gücləri ilə bütün heyətlə mübarizə aparıblar: “Düşünürəm ki, bəzi səhvlərimizi aradan qaldıra bilsəydik və həm hücum, həm də müdafiədə daha aqressiv, daha ağıllı oynasaydıq, oyun başqa cür ola bilərdi. Ancaq yenə də müdafiədə və hücumda olan səhvlərimizin üzərində daha çox işləməliyik. İnanıram ki, çox yaxşı komanda olacağıq. Bizə bir balaca vaxt lazımdı. Məncə, artıq üçüncü oyuna daha yaxşı və hazırlıqlı çıxacağıq. Deyə bilərəm ki, birinci oyuna nisbətən ikinci oyunda daha yaxşı oynadıq, ancaq daha təcrübəli komandaya qarşı çıxş edirdik deyə bizim üçün bir az çətin oldu. Ümidvaram ki, növbəti oyunlarda daha yaxşı nəticə göstərə biləcəyik."

İdman.biz