“Yaxşı mübarizə apardıq. Azarkeşlərimiz önündə qələbə qazanmağı çox istəyirdik".
İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis Avropa kubokunun qrup mərhələsinun 4-cü turunda “Spirou”ya 68:76 hesablı məğlubiyyəti şərh edib. Kurtinaytis sadə vəziyyətlərdə top itkilərinə yol verdiklərini bildirib: "Çox istəkli idik. Bəlkə də bunun yaratdığı təzyiqə görə sadə epizodlarda bəzən top itkilərinə yol verdik. Endər Poladxanlı və DeAndrenin yoxluğu bu oyunda da rotasiya imkanlarımızı məhdudlaşdırdı. Azarkeşlərə sona kimi bizə dəstək olduqlarına görə təşəkkür edirəm”.
Qeyd edək ki, "Sabah" qrup mərhələsində keçirdiyi bütün oyunları məğlubiyyətlə başa vurub.
İdman.biz