“Sabah” basketbol klubu bu gün növbəti avrokubok matçına çıxıb.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu FİBA Avropa kubokunun V turu çərçivəsində Yunanıstanda “Marussi”nin qonağı olub.
Rimas Kurtinaytisin yetirmələri Bakıda 70:82 hesablı məğlubiyyətin revanşını almağa çalışıblar. Təmsilçimiz böyük fasiləyə üstün yollansa da, 3-cü periodda yunanlar vəziyyəti öz xeyirlərinə dəyişiblər. 15 xallıq fərq matçın qalan dəqiqələrində “Marussi”nin qələbə qazanması üçün kifayət edib.
Qeyd edək ki, G qrupunun digər oyununda “Spirou” “Nörçöppinq”i sınağa çəkəcək.
FİBA Avropa kuboku
G qrupu, V tur
6 noyabr
22:15. “Marussi” (Yunanıstan) - “Sabah” - 82:71 (12:15, 19:22, 31:16, 20:18)
Hakimlər: Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya), Mladen Luçiç (Montoneqro)
Marussi Saint Tomas Sarayı
1 |
Spirou |
4 |
4 |
0 |
336-303 |
8 |
2 |
Marussi |
5 |
3 |
2 |
403-374 |
8 |
3 |
Nörçöppinq |
4 |
2 |
2 |
313-337 |
6 |
4 |
Sabah |
5 |
0 |
5 |
360-398 |
5 |
İdman.biz