“Neftçi” basketbol klubu baş məşqçisi Anar Sarıyevlə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Sarıyev 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi və kişilərdən ibarət yığmanın köməkçi məşqçisi kimi işlərinin çoxluğunu əsas gətirərək, öz qərarı ilə postunu tərk edib. Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “ağ-qaralar” ötən mövsüm Anar Sarıyevin rəhbərliyi altında Azərbaycan kubokunu qazanıb. Basketbol Liqasının A qrupunda isə 3 turdan sonra 3 xalla sonuncu yerdədir.
İdman.biz