NBA-da "Boston Seltiks" - "Milouki Baks" matçında ulduz basketbolçular arasında anlaşılmazlıq yaşanıb.
İdman.biz xəbər verir ki, Yannis Adetokunbonun zarafatı Ceylen Braunun xoşuna gəlməyib.
Vəziyyətlərin birində Yannis Ceylenin əlinin sıxmaq istəyib, sonra əlini çəkib və bu görüntülər gündəm olub. Oyundan sonra Braun rəqibinin özünü uşağa bənzədib. Adetokunbo isə həmkarı ilə zarafat etmək istədiyini bildirib.
Matç ərzində iki basketbolçu arasında gərgin mübarizə izlənib. Epizodların birində Yannis dirsəyi ilə Ceylenin üzünə zərbə edirib.
Qeyd edək ki, "Muloiku" öz meydanında 107:113 hesabı ilə uduzub. Adetokunbonun topladığı 43 xal komandasını məğlubiyyətdən xilas etməyib. Broun 14 xal qazana bilib.
İdman.biz