Millimizə İrlandiyada ağır zərbə - VİDEO - FOTO

Xəbərlər
21 Noyabr 2024 22:48
207
Millimizə İrlandiyada ağır zərbə - VİDEO - FOTO

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində İrlandiyanın qonağı olub.

Autsayderlə görüşdə Tahir Baxşıyevin komandası şanslı sayılsa da, fərqli nəticə qeydə alınıb. İrlandiya basketbolçuları oyuna yaxşı başlayıblar və sonadək üstünlüklərini qoruyublar. Meydan sahibləri 24 xal fərqi ilə qalib gəliblər. Millimiz qrupda ikinci dəfə uduzub.

Qeyd edək ki, qrupun digər matçında İsveçrə Kosovonu sınağa çəkəcək. Qarşılaşma saat 22:30-da start götürəcək.

DÇ-2027, Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, III tur
21 noyabr
21:00. İrlandiya - Azərbaycan - 91:67 (25:12, 23:13, 23:20, 20:22)
Hakimlər:
İain Makdonald (Böyük Britaniya), Yoannis Tsibouris (Yunanıstan) və David Tomasson (İslandiya).
Dublin, Milli Basketbol Arenası

İsveçrə

2

2

0

158-116 (+42)

4

İrlandiya

3

1

2

230-236 (-6)

4

Azərbaycan

3

1

2

207-240 (-33)

4

Kosovo

2

1

1

160-163 (-3)

3

İdman.biz

Məqalədə: