Millimizin baş məşqçisi: "İrlandiya ilə oyunda çox zəif təsir bağışladıq"

Xəbərlər
22 Noyabr 2024 14:17
56
Millimizin baş məşqçisi: "İrlandiya ilə oyunda çox zəif təsir bağışladıq"

Hücumda və müdafiədə çox zəif təsir bağışladıq.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət basketbol millisinin baş məşqçisi Tahir Baxşıyev səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis matçın çətin keçdiyini söyləyib:

"Bunu əvvəldən də bilirdik. Üç xallıq atışlarımız çox zəif oldu. Görüşün əvvəlindən hesab arasındakı fərq böyüdü, sonra geridönüş etmək çətin oldu. 3-4-cü period əvvəlki ikisindən fərqli idi. Oyuna çox zəif başlamışdıq. Sonradan durumu bir az düzəldə bildik, amma artıq gec idi, çatdıra bilmədik".

Baxşıyev Amil Həmzəyevin də zədə səbəbindən çox oynaya bilmədiyini və İsveçrə ilə növbəti görüşə hazırlaşacaqlarını bildirib.

Qeyd edək ki, noyabrın 24-də Bakıda təşkil olunacaq Azərbaycan - İsveçrə qarşılaşması saat 14:00-da start götürəcək.

İdman.biz