“Neftçi”yə 1 ay kömək edə bilməyəcək - SƏBƏB

Xəbərlər
26 Noyabr 2024 18:44
47
“Neftçi”yə 1 ay kömək edə bilməyəcək - SƏBƏB

Milli komandanın düşərgəsində zədələnən “Neftçi”nin basketbolçusu Amil Həmzəyevin son durumu bəlli olub.

İdman.biz xəbər verir ki, bu gün 34 yaşlı basketbolçu həkim müayinəsindən keçib.

Həmzəyevin diz bağlarında yırtıq aşkarlanıb. O, 1 ay parketdən kənar qalacaq.

Qeyd edək ki, Amil Həmzəyevin formasını geyindiyi “Neftçi” ABL-nın IV turunda “Sərhədçi”nin qonağı olacaq. Matç dekabrın 1-də oynanılacaq.

Emin Ağa
İdman.biz