"Qolden Steyt Uorriorz"un basketbolçusu Stefen Karri karyerasının ən vacib "3-lük" atışını açıqlayıb.
İdman.biz xəbər verir ki, o, Paris-2024 Yay Olimpiya Oyunlarının finalındakı dəqiq cəhdi fərqləndirib.
Karri Fransa ilə final matçının son anlarda səbətə daxil olan topu xüsüsi adlandırıb: "Fransa ilə oyundakı qızıl "üçlüy"ü xüsusi önəm daşıyır. O, digərlərini bir çox aspektlərdə üstələyir. Axı bu qızıl medal uğrunda matç idi".
36 yaşlı basketbolçu final görüşünün son dəqiqələrində dəqiq atışlarla Fransanın fərqi azaltmaq arzunlarını dəfn edib.
Qeyd edək ki, Karri NBA tarixində ən çox 3-lük atan basketbolçudur. Onun hesabında 3805 dəqiq cəhd var.