NTD-nin basketbolçusu: “Sabah”a gücümüzü göstərəcəyik”

Xəbərlər
29 Noyabr 2024 12:13
163
NTD-nin basketbolçusu: “Sabah”a gücümüzü göstərəcəyik”

“Komanda olaraq yaxşı hazırlaşmışıq. Milli ilə olduğum müddətdə klub məşqlərə davam edirdi və mən sonradan onlara qoşuldum”.

İdman.biz xəbər verir ki, bunu NTD-nin basketbolçusu Əkbər Məmmədov deyib.

Komandasının kapitanı 4-cü turda “Sabah”la matçdan gözləntilərini açıqlayıb. O bildirib ki, rəqibin lider olmasının onlar üçün fərqi yoxdur: “Sabah” birinci və ya sonuncu yerdə də ola bilər, amma biz hər oyuna ciddi hazırlaşırıq. Onlara qarşı da eyni hazırlaşırıq və meydana çıxıb gücümüzü göstərəcəyik. Həmişə meydançaya yalnız qələbə üçün çıxırıq. Əlbəttə, “Sabah” güclü komandadır, lakin bu o demək deyil ki, onları məğlub edə bilmərik. Komandamızın əhval-ruhiyyəsi hazırda çox yüksəkdir. Qələbə qazanmaq üçün döyüşəcəyik”.

Qeyd edək ki, “Sabah” – NTD matçı noyabrın 30-da keçiriləcək.

İdman.biz