NTD-nin baş məşqçisi: “Oyunun nəticəsini səviyyə fərqi müəyyənləşdirdi"

Xəbərlər
30 Noyabr 2024 15:57
181
NTD-nin baş məşqçisi: “Oyunun nəticəsini səviyyə fərqi müəyyənləşdirdi"

"Oyun haqqında danışılası çox şey yoxdur”.

İdman.biz xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Gənc mütəxəssis "Sabah"a 86:110 hesabı ilə məğlub olduqları oyunu şərh edib. Onun sözlərinə görə, bu matç onlar üçün böyük dərs olub: “Hazırda "Sabah" bizdən bir baş üstündür və oyun da bunu göstərdi. Əgər bu oyundan düzgün nəticələr çıxarıb, dərs ala bilsək, inkişaf edəcəyik. Bu oyun bizim üçün böyük təcrübə olacaq. Mən deyərdim ki, oyunun nəticəsini komandalar arasındakı səviyyə fərqi müəyyənləşdirdi".

Qeyd edək ki, NTD IV turdan sonra 5 xalla A qrupunda 4-cüdür.

İdman.biz