Tahir Baxşıyev son dəqiqələrdəki uğursuzluğa aydınlıq gətirib

Xəbərlər
4 Dekabr 2024 19:14
67
Tahir Baxşıyev son dəqiqələrdəki uğursuzluğa aydınlıq gətirib

"Biz həm bu oyunda, həm də “Naxçıvan” və “Abşeron”la qarşılaşmalarda qələbəyə yaxın idik".

İdman.biz xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev "Sərhədçi" ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlayıb.

O, Azərbaycan Premyer Liqasının 5-ci turunda 79:84 hesablı məğlubiyyəti şərh edib: "Təəssüf ki, sona qədər mübarizəni davam etdirə bilmirik. Bəlkə bu, fiziki problemdir. 35 dəqiqə hesabda irəlidə ola bilirik, amma sonradan gücümüz və təcrübəmiz çatmır. Bunun üzərində işləyəcəyik. Birinci dövrə başa çatdı. İndi digər komandaların güclü və zəif tərəflərini yaxşı bilirik. İkinci dövrə daha çətin olacaq, lakin bu məğlubiyyətlərdən düzgün nəticələr çıxaracağımıza inanıram. Bu komandaya inanıram və onların bacardıqlarının ən yaxşısını edəcəyini bilirəm".

Qeyd edək ki, NTD mövsümdə 4-cü dəfə məğlub olub.

İdman.biz