"Çok çətin matç oldu və bunu bilirdik. NTD üçün də vacib oyun idi".
İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə açıqlmasında deyib.
Türkiyəlu mütəxəssis 84:79 hesablı qələbənişərh edib: “Biz də qısa zamanda hazırlaşmağa çalışmışdıq. Çünki 2 gün öncə “Neftçi” üzərində qələbə qazandıq. 2-3 gün içində matç oynamaq komandaya təsir etdi. Matça çox yorğun çıxdıq. İlk hissədə də bunu nəticəsini gördük. Qarşı tərəfin daha enerjili olması nəticədə özünü göstərdi, hesabda geri düşdük. Oyunçularla danışdıq və məşqçi heyətimizin dəstəyi ilə oyunda qalib gəldik. Yaxşı müdafiə olunduq, yeni oyunçumuzun atışları da bizə kömək etdi. Bütün komandanı bu qalibiyyət münasibətilə təbrik edirəm. Önəmli olan qələbədir. Hər kəsi təbrik edirəm”.
Qeyd edək ki, "Sərhədçi" mövsümdə 2-ci qələbəsini qazanıb.
İdman.biz