“Sabah” komandası çox yaxşı bir iş ortaya qoyur. Son iki mövsümdür ki, davamlılıq əldə ediblər və təcrübəli baş məşqçiləri var”.
İdman.biz xəbər verir ki, bunu “Naxçıvan”nın baş məşqçisi Murat Dikmən klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis ABL-in V turunda “Sabah”la matç öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, son Azərbaycan çempionu onlar üçün çox güclü rəqibdir: “Sabah yaxşı bir oyun üçün hər bir şərait var. Biz də yaxşı komandayıq və hər ötən gün daha da güclənirik. Oyunçularımızın inkişafı üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Xarakter nümayiş etdirən və əsla ruhdan düşməyən bir oyunçu qrupuna sahibəm. Onlarla qürur duyuruq. Oyunu izləyənlərin zövq alacağını düşünürəm, çünki biz də meydanda zövq alacağıq”.
Qeyd edək ki, “Naxçıvan” – “Sabah” dekabrın 6-da saat 19:00-da start götürəcək.
İdman.biz