Bu gün Azərbaycan Basketbol Liqasında V turun mərkəzi görüşü keçirilib.
İdman.biz xəbər verir ki, A qrupunun liderləri "Naxçıvan" və "Sabah" üz-üzə gəliblər.
Hələ xal itirməyən klubların duelində çempion çətin qələbə qazanıb. Böyük hissəyə 11 xal fərqi ilə üstün yollanan Rimas Kurtinaytisin komandası 3-cü dövrədə fərqin azalmasına imkan verib. "Naxçıvan" oyunun sonuna yaxın 3 xal fərqi ilə önə keçsə də "Sabah" təcrübə hesabına qələbə qazanaraq vahid liderliyə yüksəlib.
Qeyd edək ki, turun açılış matçında "Ordu" "Quba"ya 75:101 hesabı ilə uduzub. Ardınca "Sərhədçi" NTD-ni 84:79, "Abşeron" isə "Neftçi"ni 72:56 hesabı ilə məğlub edib. Sabah "Sumqayıt" "Gəncə"ni sınağa çəkəcək. Tura dekabrın 8-də "Şəki" "Lənkəran" matçı ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
A qrupu
V tur
6 dekabr
19:00. "Naxçıvan" – "Sabah" - 74:75(19:27, 14:17, 26:16, 15:15)
"Sərhədçi" İdman Mərkəzi
1 |
Sabah |
5 |
5 |
0 |
433-347 |
10 |
2 |
Naxçıvan |
5 |
4 |
01 |
385-359 |
9 |
3 |
Sərhədçi |
5 |
3 |
2 |
366:389 |
8 |
5 |
Abşeron |
5 |
2 |
3 |
344-351 |
7 |
4 |
NTD |
5 |
1 |
4 |
370:404 |
6 |
6 |
Neftçi |
5 |
0 |
5 |
348-399 |
5 |
İdman.biz