“Neftçi” yenə uduzub, çempion 19 xal fərqi "əridib" - FOTO

Xəbərlər
10 Dekabr 2024 20:38
228
“Neftçi” yenə uduzub, çempion 19 xal fərqi "əridib" - FOTO

Bu gün Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə start verilib.

İdman.biz xəbər verir ki, VI tur A qrupunun 2 matçı ilə başlayıb.

Günün ilk qarşılaşmasında "Naxçıvan" "Neftçi"ni qəbul edib. Ötən tur "Sabah"a məğlubiyyət olan meydan sahibləri uğursuz çıxış edən qonaqlara heç bir şans verməyiblər. Startda üstünlüyə yiyələnən Murad Dikmenin komandası mövsümdə 6-ci qələbəsini qazanıb.

Digər matçda isə "Sabah" "Sərhədçi"nin qonağı olub. Evren Alkayanın rəhbərlik etdiyi meydan sahibləri böyük fasiləyə 19 xal fərqlə yollansalar da, çempion geridönüş edə bilib. Rimas Kurtinaytisin komandası son hücumda qələbə qazanıb itkisiz.

Qeyd edək ki, turun digər matçlarında sabah "Ordu" "Sumqayıt"ı, dekabrın 13-də "Abşeron" NTD-ni, 1 gün sonra "Gəncə" "Lənkəran"I qəbul edəcək. Tura "Quba" - "Şəki" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
VI tur
A qrupu
10 dekabr

15:30. "Naxçıvan" – "Neftçi" - 83:72 (17:17, 27:21, 22:23, 17:11)
"Sərhədçi" İdman Mərkəzi

18:30. "Sərhədçi" – "Sabah" - 64:67 (25:11, 17:12, 8:23, 14:21)
"Sərhədçi" İdman Mərkəzi

1

Sabah

5

5

0

510-411

10

2

Naxçıvan

6

5

1

468-431

11

3

Sərhədçi

6

3

3

430-456

9

5

Abşeron

5

2

3

344-351

7

4

NTD

5

1

4

370-404

6

6

Neftçi

6

0

6

422-482

6

İdman.biz