Klub sahibi İtaliyaya səfir təyin edilə bilər

Xəbərlər
11 Dekabr 2024 14:59
124
Klub sahibi İtaliyaya səfir təyin edilə bilər

ABŞ-nin yeni seçilən prezidenti Donald Tramp "Hyuston Rokets" basketbol klubunun sahibi Tilman Fertittanı ölkəsinin İtaliyadakı səfiri vəzifəsinə təyin etmək niyyətindədir.

İdman.biz xəbər verir ki, CBS Sports-un müxbiri Cennifer Ceykobs sosial media səhifəsində bu barədə yazıb.

Sərvəti 8,4 milyard dollar məbləğində qiymətləndirilən Fertitta "Forbes"in milyarderlər siyahısında 260-cı yerdə idi.

Qeyd edək ki, milyarderin klubu "Hyuston Rokets" hazırda NBA-in Qərb Konfransında üçüncü yerdədir.

İdman.biz

Məqalədə: