“İlk iki hissə normal keçdi”.
İdman.biz xəbər verir ki, bunu NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev “Abşeron”la (75:89) qarşılaşmadan sonra oyunla bağlı fikirlərini bildirərkən deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, meydanda bərabər mübarizə gedib: “Amma üçüncü period uğursuz oldu. Böyük fasilədən sonra oyuna bu cür başlamaq olmaz. İndi bizə növbəti oyunlara hazırlaşmaq qalır. Cədvəl kifayət qədər sıxdır. Ruhdan düşmək olmaz. Növbəti oyun artıq 3 gündən sonra olacaq. Hazırlaşıb, özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq".
İdman.biz