“Lənkəran”ın baş məşqçisi: “Təəssüf ki, bizdə bu, hələ alınmır”

Xəbərlər
14 Dekabr 2024 16:48
74
“Lənkəran”ın baş məşqçisi: “Təəssüf ki, bizdə bu, hələ alınmır”

“Rəqib çox güclü idi”.

İdman.biz xəbər verir ki, bunu “Lənkəran”ın baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə deyib.

Mütəxəssis “Gəncə”yə 66:94 hesabı ilə uduzduqları matçı şərh edib. O bildirib ki, heyətlə bağlı çatışmazlıqlar məğlubiyyətə səbəb olub: “Çox çalışdıq, amma heyətdə olan itkilər matç boyu intensiv şəkildə mübarizə aparmağımıza imkan vermədi. Rəqibin böyük ehtiyat oyunçular skamyası var idi və tam heyətlə oynayırdılar. Təəssüf ki, bizdə bu, hələ alınmır. Bir neçə mövqedə boşluqlarımız var. Bunların üzərində işləyirik və tezliklə heyətimizi gücləndirməyə çalışacağıq”.

Qeyd edək ki, bu, mövsümdə “Lənkəran”ın ardıcıl 3-cü məğlubiyyəti olub.

İdman.biz