İki məğlubiyyətlə 12 pillə aşağı: Millimiz hamıdan çox geriləyib

Xəbərlər
16 Dekabr 2024 15:52
129
İki məğlubiyyətlə 12 pillə aşağı: Millimiz hamıdan çox geriləyib

Kişi basketbolçulardan ibarət milli komandaların FİBA reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması 74,7 xalla dünyada 116-cıdır.

Millimiz Avropa komandaları arasında 44-cüdür. Basketbolçularımız ötən cədvəllə müqayisədə 12 pillə geriləyiblər.

Yığmamız ən çox geriləyən komanda olub. Uğursuzlar sırasında yer alanlardan Taiti 8, Lüksemburq 7, Quam adaları ilə Albaniya hərəyə 5 addım geri düşüb.

Belə geriləməyə DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsindəki məğlubiyyətlər səbəb olub. Millimiz İrlandiyaya 67:91, İsveçrəyə 55:85 hesabı ilə uduzub.

Qeyd edək ki, 160 yığmanın yer aldığı siyahıya 839 xalla ABŞ başçılıq edir.

İdman.biz

Məqalədə: