"Komanda ilk hissədə həm hücum, həm də müdafiədə yaxşı oynadı”.
İdman.biz xəbər verir ki, bunu "Neftçi” basketbol klubunun baş məşqçisi Omid Movahed Nejat klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis ABL-nın VIII turunda NTD-ni 81:68 hesabı ilə məğlub etdikləri oyunu şərh edib. O bildirib ki, oyunda onlar üçün 2 fərqli hissə olub: “İkinci hissənin başlanğıcında bir az müdafiədə və hücumda problemlər yaşadıq, top itkilərimiz oldu və rəqib komanda da çox yaxşı hücumlar təşkil etdi. Ancaq oyunun sonuna doğru yenidən nəzarəti ələ aldıq və qələbə qazandıq. Növbəti oyunumuz "Sərhədçi"yə qarşı olacaq. Sabahdan həmin görüşün hazırlıqlarına başlayacağıq. Ümid edirəm ki, zamanla çatışmazlıqları aradan qaldıracaq və daha yaxşı oyun sərgiləyəcəyik".
Qeyd edək ki, bu, “Neftçi”nin mövsümdə ikinci qələbəsi olub. Onlar 10 xalla A qrupunda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıblar.
İdman.biz