"Lənkəran"ın heyətində bəzi çatışmazlıqlar var idi. Onların oyunçuları müəyyən səbəblər üzündən yerində deyildilər. Bütün bunlara baxmayaraq, biz oyuna ciddi yanaşdıq”.
İdman.biz xəbər verir ki, bunu “Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov ABL-in VIII turunda “Lənkəran”a (60:89) qalib gəldikləri oyundan sonra deyib.
Əsgərov bildirib ki, ardıcıl 2 matçda məğlubiyətə baxmayaraq, komanda mübariz oyun nümaiş etdirib: “Həmin məğlubiyyətlər komandanın ruhunu aşağı salmışdı. Oyuna yaxşı hazırlaşdıq. Müdafiədə də etibarlı oynayıb, yaxşı hücumlar qurmağa çalışdıq. Bunu edə bildik. İstədiyimizi bacardıq. Komandamı təbrik edirəm. Uğurlarımızın davamı gələcək. Biz daim analizlər edib, səhvlərimiz üzərində işləyib, daha yaxşı olmağa can atırıq. Çalışacağıq ki, növbəti turlarda da qələbə qazanaq. Lənkəran səfərindəki qələbə komandada özünəinamı da yüksəldəcək".
Qeyd edək ki, “Quba” bu qələbədən sonra xalını 11-ə çatdırıb və B qrupunun 4-cüsüdür.
İdman.biz