"Fənərbaxça" serbiyalı basketbolçu Boban Maryanoviçlə yollarını ayırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Maryanoviç "Fənərbaxça"ya bu ilin sentyabrında qoşulsa da, ümidləri doğrultmayıb. Bağlanılan 1 illik müqavilədə hər iki tərəfin onu pozmaqla bağlı hüququ olub. Boban Avroliqada komandanın heyətində 7 oyunda meydana çıxıb və 10,1 xal, 4,9 ribaund və 1,6 ötürməlik nəticə göstərib.
Qeyd edək ki, serbiyalı basketbolçu ötən mövsümün NBA-da "Hyuston Rokets"də keçirib.
İdman.biz