"Qış fasiləsinə lider olaraq yollandığımız üçün şadam”.
İdman.biz xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət “Sabah” klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
O, Azərbaycan Basketbol Liqasının IX turunun NTD ilə oyunundan sonra matç barədə fikirlərini açıqlayıb: “Komandada inkişaf hiss olunur. Oyunlar oldu ki, 4-5 zədəli basketbolçusuz mübarizə apardıq. Amma buna baxmayaraq, "Neftçi" ilə oyunu çıxmaq şərtilə digər qarşılaşmaları qalib başa vurmağı bacardıq. Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə ilə təbrik edirəm! Qələbə seriyamızı yeni ildə də davam etdirəcəyimizə inanıram".
Qeyd edək ki, “Sabah” NTD ilə matçda 94:68 hesabı ilə qalib gəlib.
İdman.biz