Azərbaycan Basketbol Liqasının dekabrın 26-na təsadüf edən görüşləri matəm günü ilə bağlı təxirə salınıb.
Federasiyadan İdman.biz-ə verilən xəbərə görə, bu gün Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar sabahkı görüşlər 2025-ci ildə keçiriləcək.
Matçların yanvarda oynanılması gözlənilir.
Qeyd edək ki, IX turun son oyun günündə “Şəki” – “Gəncə” və “Sumqayıt” – “Quba” qarşılaşmaları keçirilməli idi.
Aytac Sahəd
İdman.biz