"Komanda ilk periodda tapşırıqları düzgün yerinə yetirdi. Amma son dəqiqələrə qədər bu tempdə oynamağıməı zın qeyri-real olduğunu bilirdim. Heyətdə çoxlu itkilər var".
İdman.biz xəbər verir ki, bunu "Lənkəran "nın baş məşqçisi Georgi Kondruseviç “Ordu"ilə qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlayıb.
O, Azərbaycan Basketbol Liqasının IX turunda 51:99 hesablı məğlubiyyətindən sonra yanvarda yeni transferlərə ehtiyac olduğunu bildirib: "7-8 gün ərzində əlimizdə olan kiçik heyətlə ardıcıl oyunlar oynadıq. Fiziki olaraq çatdıra bilmirdik. Bu gün rəqibin heyətində 12 basketbolçu var idi. Bu heyətlə normal hücum qura bilmirik. Kapitanımız Rəşid Abbasov da bu gün mental olaraq oyuna köklənə bilmədi. Eyni hala bütün basketbolçularımızda rast gəlmək mümkündür. Bu yolla heç nə əldə edə bilməyəcəyik. Ümid edirəm ki, yanvarda heyətə yeni qan gətirə bilərik. 2 legioner transfer etmək istəyirik. Ümid edirəm ki, bütün zədəli oyunçularıməz da sağalar. Mənim də, komandamın da gözləntiləri bu nəticələr deyildi".
Qeyd edək ki, "Lənkəran" mövsümdə 2 qələbə qazanıb, 7 dəfə uduzub.
İdman.biz