FİBA Çempionlar Liqasında Türkiyənin "Aliağa Petkim Spor" və İsrailin "Hapoel Holon" klubları arasında ilk pley-in oyunu Bakıda baş tutacaq.
İdman.biz xəbər verir ki, bu, Hapoel təmsilçinin istəyi ilə reallaşıb.
İsraillilər məlum səbəbə görə İstanbula gəlmək istəməyib və görüşün neytral meydanda - Bakı İdman Sarayında keçirilməsi təklifi qarşılıqlı razılıq əsasında qəbul olunub.
Matç gələn il yanvarın 7-də baş tutacaq.
Qeyd edək ki, əgər pley-in görüşlərində hesab bərabər olarsa, yanvarın 22-də keçiriləcək 3-cü oyun da məhz Bakıda baş tutacaq.
İdman.biz