Amerikalı basketbolçu Derrik Rouz Çikaqoda "Roses" adlı gül mağazası açıb.
İdman.biz xəbər verir ki, açılış günü 36 yaşlı idmançını görmək, ondan avtoqraf və gül almaq istəyən insanlardan böyük bir növbə yaranıb.
Rouz 2024-cü il payızın əvvəlində karyerasını bitirdiyini elan edib.
Qeyd edək ki, o, ABŞ komandası ilə 2010 və 2014-cü illərdə dünya çempionu olub, 2011-ci ildə isə "Çikaqo Bullz"da çıxış edəndə mövsümün ən dəyərli oyunçu (MVP) seçilib və 22 yaşında bu mükafatın ən gənc sahibi olub.
İdman.biz