NBA-da son oyunlardakı uğursuz nəticələrdən sonra "Finiks Sanz"ın soyunub-geyinmə otağı qarışıb.
İdman.biz xəbər verir ki, klub rəhbərliyi iki basketbolçunu əsas heyətdən uzaqlaşdırıb.
Komandanın əsas üzvlərindən Yusuf Nurkiç və Bredli Bilin növbəti oyunun start heyətində yer almayacaqları xəbərləri yayılıb. Ardıcıl 4 qarşılaşmada uduzan Finiks təmsilçisinin basketbolçuları arasında anlaşılmazlıq yaşanıb.
Qeyd edək ki, Qərb konfransında 12-ci pillədə qərarlaşan "Finiks" sabah "Filadelfiya"nın qonağı olacaq.
İdman.biz