“Rəqib layiqli qələbə qazandı. Adətən oyuna biz nəzarət etsək də, bu dəfə gedişata diqtə edən tərəf onlar idi".
İdman.biz xəbər verir ki, "Sabah" BK-nin baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə deyib.
Litvalı mütəxəssis Azərbaycan Basketbol Liqasının X turunda “Naxçıvan”a məğlubiyyəti şərh edib: "Görüşün əvvəli bərabər səviyyəli keçsə də, daha sonra rəqib önə keçərkən oyunumuzda tələskənliyə yol verdik. Unutmaq lazım deyil ki, qarşılaşma 10 yox, 40 dəqiqədir. Müdafiədə fərdi səhvlərə yol verdik. Bu isə hesabda əksini tapdı. Təbii ki, bütün oyunlarda qalib gəlib çempion olmaq çətindir. Yeni transferə gəlincə, keyfiyyətli oyunçu olduğu hiss olunur. Lakin oyun fəlsəfəmizə uyğunlaşmaq üçün zamana ehtiyacı var. Basketbol intellekti yüksəkdir. Düşünürəm ki, bizim üçün faydalı olacaq”.
Qeyd edək ki, "Sabah" 75:80 hesabı ilə uduzub.
İdman.biz