Bu gün qadın voleybolçular arasında Yüksək Liqada V turun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, 2025-ci ilin ilk matçı GİN-in Voleybol Mərkəzində baş tutub.
“Murov Az Terminal” çempionatın lideri, ardıcıl 4 qələbə qazanan “Abşeron”la qarşılaşıb. Görüş Abşeron voleybolçularının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Eyni hesab “Azərreyl” - “Gəncə” görüşündə qeydə alınıb. "Dəmiryolçular"ın məğlubiyyəti çoxları üçün gözlənilməz olub.
Liqanın autsayderi UNEC də növbəti matçına çıxıb. “Tələbələr” “Milli Aviasiya Akademiyası” ilə görüşdə quru hesabla uduzublar.
Yüksək Liqa (qadınlar)
V tur
9 yanvar
16:00. “Murov Az Terminal” - “Abşeron” - 0:3 (13:25, 15:25, 21:25)
GİN-in Voleybol Mərkəzi
17:00. UNEC - “Milli Aviasiya Akademiyası” - 0:3 (10:25, 5:25, 7:25)
UNEC VK-nın idman zalı
18:00. “Azərreyl” - “Gəncə” - 0:3 (22:25, 22:25, 17:25)
GİN-in Voleybol Mərkəzi
1 |
Abşeron |
5 |
5 |
0 |
15-3 |
357-179 |
14 |
2 |
Gəncə |
5 |
3 |
2 |
11-6 |
299-269 |
10 |
3 |
Milli Aviasiya Akademiyası |
5 |
3 |
2 |
11-9 |
339-373 |
9 |
4 |
Azərreyl |
5 |
3 |
2 |
10-8 |
263-282 |
8 |
5 |
Murov Az Terminal |
5 |
1 |
4 |
6-12 |
309-319 |
4 |
6 |
UNEC |
5 |
0 |
5 |
0-15 |
129-300 |
0 |
İdman.biz