“Sabah” daha bir basketbolçusu ilə vidalaşıb.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu amerikalı DeAndre Baldvinlə yollarını ayırıb.
29 yaşlı oyunçu ilə qarşılıqlı razılaşmaya əsasən xitam verilib.
Qeyd edək ki, Baldvin mövsümün əvvəlində Bakı təmsilçisi ilə 2 illik müqavilə imzalamışdı. O, bu il avrokubokda “Sabah”ın ən yaxşılarından olub.
İdman.biz