Tahir Baxşıyev: “Ruhdan düşmürük”

Xəbərlər
11 Yanvar 2025 16:52
30
Tahir Baxşıyev: “Ruhdan düşmürük”

“Yeni transferlərdən razıyam. Lakin biz cəmi üç-dörd məşq keçirdik”.

İdman.biz xəbər verir ki, bunu NTD basketbol klubunun baş məşqçisi Tahir Baxşıyev deyib.

O, ABL-in X turunda “Sərhədçi”yə məğlubiyyəti şərh edib. Baxşıyev matçdan sonra klubun mətbuat xidmətinə bildirib ki, heyətdə dəyişikliklər olduğundan birgə çox məşq keçməlidirlər: “Komandamız yenilənib. Çətin olacaq. Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil, onu yaxşılaşdırmalıyıq. Daha çox məşq etməliyik. Biz ruhdan düşmürük. Hələ çempionatın çox hissəsi qabaqdadır. Növbəti oyuna hazırlaşacağıq. Hər növbəti oyunda daha yaxşı oynayacağıq. Qələbələr mütləq gələcək. Sadəcə oyunçular bir-birini daha yaxşı tanımalıdırlar. Biz güclü bir komandaya qarşı oynadıq. "Sərhədçi" yaxşı basketbol nümayiş etdirir. Onların yaxşı məşqçisi var və onlar uzun müddətdir birlikdə oynayırlar. Lakin bizim də öz hədəflərimiz var, ona doğru gedirik”.

Qeyd edək ki, qarşılaşma "Sərhədçi"nin 78:64 hesablı qələbəsi ilə bitib.

İdman.biz