Basketbol üzrə Azərbaycan kubokunun formatı bəlli olub.
İdman.biz xəbər verir ki, 1/8 final mərhələsi Azərbaycan Basketbol Liqasının II dövrəsindən sonra keçiriləcək.
Bu raundda A qrupunda 4-6-cı, B qrupunda 2-6-cı yerləri tutan komandalar mübarizə aparacaq. Püşklə 4 cütlük müəyyənləşəcək. Qaliblər 1/4 finala birbaşa vəsiqə qazanan komandalara rəqib olacaq. 1/8 final yanvarın 28-29-da, 1/4 final martın 12-13-də, yarımfinal isə 14-15-də baş tutacaq. Bütün mərhələlər 1 oyundan ibarət olacaq və meydan sahibi püşklə müəyyənləşdiriləcək. Final görüşü martın 16-da keçiriləcək.
Qeyd edək ki, kubok oyunlarında legioner limiti meydanda maksimum 3, protokolda 7 əcnəbi olacaq.
İdman.biz