Bir sıra klublar tərəfindən 11-ci turun geridə qalmış oyunlarında hakim idarəçiliyi ilə bağlı Azərbaycan Basketbol Federasiyasına (ABF) etirazlar daxil olub.
İdman.biz xəbər verir ki, bütün bu narazılıqlardan sonra federasiyanın idman direktoru Turqay Zeytingözün rəhbərliyi ilə turun yekunlaşmış oyunları Azərbaycan Basketbol Liqasının (ABL) mütəxəssis heyəti və hakimlər komitəsinin sədri Ələkbər Həsənovun iştirakı ilə birlikdə izlənilib və təhlil edilib.
Aparılmış təhlilin yekun nəticəsi olaraq oyunların birbaşa nəticəsinə təsir edəcək kobud səhvlərin olmaması və hakimlərin normal oyun standartında idarəçilik etməsi barədə qərar çıxarılıb.
Sonda Zeytingöz ABF adından çıxış edərək, verilmiş yekun qərardan sonra narazılığı davam etdirən hansısa klublar varsa, onlarla yenidən bir arada görüş təşkil edib və etirazlara səbəb olumuş epizodların birgə izlənilməsini söyləyib.
Qeyd edək ki, mövsümün yekunlaşmış iki dövrəsindən sonra ümumi olaraq oyunlarda hakim idarəçiliyi müsbət olaraq qiymətləndirilib və oyunların birbaşa nəticəsinə təsir edəcək ciddi səhvlərin olmaması təsdiq edilib.
İdman.biz