Erhan Toker: "İstəyimiz çox yüksək idi və bacardıq"

Xəbərlər
21 Yanvar 2025 22:27
32
Erhan Toker: "İstəyimiz çox yüksək idi və bacardıq"

"Bir neçə matçdır bizdə alınmırdı. Nəticə bir kənara, oyunumuz da istədiyimiz kimi deyildi. Oyundan öncə bu məsələ haqqında danışdıq".

İdman.biz xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasınən 12-ci turunda "Sərhədçi" üzərində qazanılan 86:79 hesablı qələbəni şərh edib: "Bu gün fikir verdizsə nə mən, nə də oyunçularım hakimlərlə çox mübahisə etmədi və öz oyunumuza kökləndik. Qələbə qazanmaq istəyimiz çox yüksək idi və bunu bacardıq. Bu gün nəticə qazanmaqla bərabər həm də yaxşı oyun nümayiş etdirdik. "Sərhədçi"yə də gözəl oyuna görə təşəkkür edirik. Ölkə kubokunda rəqib də bəllidir. Növbəti matç artıq "Quba"ya qarşı olacaq. Bu qələbənin o oyuna müsbət təsirlərini görə bilərik? Təbii ki, hər qazanılan matçın qarşıdakı oyuna müsbət təsirləri olur. Ölkə kubokunda oynayacayıq. Rəqibimiz "Quba"dır. Amma o turnir limit məsələsinə görə fərqlənir, iki yerli basketbolçu oynatmaq tələb olunur. Rəqibin heyətində bizə görə daha təcrübəli olan yerli oyunqurucuları var. Buna baxmayaraq kubokda da mərhələləri adlamağa çalışacayıq".

Qeyd edək ki, "Abşeron" mövsümdə 5-ci qələbəsini qazanıb.

İdman.biz