Azərbaycan Basketbol Liqasında XIII turun oyun cədvəli açıqlanıb.
İdman.biz xəbər verir ki, yanvarın son günündə başlayacaq tur 3 gün davam edəcək.
Turun ilk üç matçında A qrupunun komandaları meydana çıxacaq. Sonra isə B qrupunun görüşləri baş tutacaq.
Azərbaycan Basketbol Liqası
XIII tur
A qrupu
31 yanvar
19:00. “Sərhədçi” – “Naxçıvan”
Sərhədçi İM
19:00. “Abşeron” – “Sabah”
Abşeron OİK
1 fevral
12:30. NTD – “Neftçi”
Sərhədçi İM
B qrupu
14:00. “Şəki” – “Sumqayıt”
Şəki OİK
2 fevral
12:30. “Ordu” – “Gəncə”
Bakı İS
14:00. “Quba” – “Lənkəran”
Quba OİK
İdman.biz