Tahir Baxşıyev: “1/4 finalda çətin olacaq”

Xəbərlər
28 Yanvar 2025 17:10
61
Tahir Baxşıyev: “1/4 finalda çətin olacaq”

“Uşaqlar hər şeyi düzgün etdilər”.

İdman.biz xəbər verir ki, bunu NTD basketbol kluibun baş məşqçisi Tahir Baxşıyev Azərbaycan kubokunun 1/8 finalında “Lənkəran”la qarşılaşmadan sonra deyib.

O, 14 xal fərqilə qalib gəldikləri oyunu şərh edib: “Kubokda fərqli limit səbəbindən sistem tamamilə dəyişir. Çətin idi. Amma düşünürəm ki, oyun maraqlı alındı. Rəqibin güclü və zəif tərəflərini bilirdik və layiqli qələbə qazandıq. Kubokun 1/4 finalında bizi “Şəki”yə qarşı oyun gözləyir. Çox güclü rəqibdir. Turnir cədvəli bunu sübut edir. Onlar öz qruplarında liderlik edirlər. Çətin olacaq. Amma bu oyuna hazır olacağıq”.

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk günündə baş tutan NTD -“Lənkəran” qarşılaşması Bakı təmsilçisinin 87:73 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.biz